Hökumət rejimin daha əvvəl ləğv oluna biləcəyini istisna etməyib Hökumət rejimin daha əvvəl ləğv oluna biləcəyini istisna etməyib

Bu ölkədə fəlakət rejiminin müddəti uzadıldı

Hökumət rejimin daha əvvəl ləğv oluna biləcəyini istisna etməyib

Çili Prezidenti Sebastyan Pinyera koronavirusun yayılması səbəbindən martın 18-də ölkədə tətbiq edilmiş fəlakət rejiminin (fövqəladə vəziyyət rejiminin növlərindən biri) müddətini 90 gün uzatmaq qərarına gəlib.

AzNews.az “TASS”a istinadən bildirir ki, bu barədə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Prezident Administrasiyası Çili ərazisində fəlakət rejiminin müddətinin 90 gün uzadılması barədə bildirir”, - məlumatda deyilir.

Hökumət rejimin daha əvvəl ləğv oluna biləcəyini istisna etməyib. Bu, səhiyyə sahəsindəki vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, Çilidə indiyədək koronavirusa yoluxanların sayı 430 mini ötüb, 11 850 pasiyent dünyasını dəyişib.