Venesuelada parlament seçkiləri keçirilir

Milli Assambleyadakı 227 yer uğrunda 107 siyasi partiyanın 14 min namizədi mübarizə aparır

Bu gün Venesuelada parlament seçkiləri keçirilir.

AzNews.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 06.00 radələrində açılıb və səsvermə saat 18.00-a qədər davam edəcək.

Milli Assambleyadakı 227 yer uğrunda 107 siyasi partiyanın 14 min namizədi mübarizə aparır.

Hakimiyyətin əsas əleyhdarı və hazırkı parlamentdə yerlərin əksəriyyətinə sahib olan qüvvələrə rəhbərlik edən Xuan Quaydo seçkilərdə pozuntulara yol veriləcəyini iddia edib. Bununla əlaqədar 27 partiya seçkilərə qatılmayıb.