Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib

Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır

Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib

Ermənistan rəhbərliyi parlamentdə təmsil olan müxalifətlə növbədənkənar seçkilərin keçirilməsi haqqında memorandum imzalamağa hazırdır.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Biz praktiki addımlara keçə və növbədənkənar seçkilər haqqında memorandumun imzalanmasını ilkin mərhələdə müzakirə edə bilərik”, - o, parlamentdə partiyasının növbədənkanar seçkilərə hazır olduğunu deyən müxalif “İşıqlı Ermənistan” fraksiyasının deputatı Armen Yeqiazaryana cavabında deyib.

Avinyan siyasi məsələnin öz həllini tapması üçün digər müxalif “Çiçəklənən Ermənistan” parlament partiyasını da memoranduma qoşulmağa çağırıb.