Uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb Uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb

Alp dağlarında qar uçqununda ölənlərin sayı 7 nəfərə çatıb

Uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb

Aznews.az xəbər verir ki, Fransanın Savoyya bölgəsində Alp dağlarında qar uçqunu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

TASS xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında bildirilib.

Hadisə yerinə jandarma qüvvələri, iki vertolyot və xüsusi öyrədilmiş itlər cəlb olunub.

Prefekturadan bildirilib ki, uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb.

“İlkin məlumatda dörd nəfərin öldüyü bildirilib. Qarın altında qalanların olmadığına əminlik üçün axtarış davam etdirilir”, - deyə prefektura “Twitter” səhifəsindən açıqlama verib.

Qar altında qalan bəzi turistlərin isə xəsarət almadığı bildirilir.

Qeyd edilib ki, ölənlər 42-76 yaş arasında olan turist qrupunun üzvləridir.