Venesuela BRİKS-ə qoşulmaq istəyir

Venesuela prezidenti Nikolas Maduro mayın 29-da ölkəsinin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birliyi olan BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirib.

Aznews.az xəbər verir ki, Maduronun sözlərinə görə, BRİKS Cənubi Amerika ölkələrinin konsolidasiyasına kömək edə bilər. Onun sözlərinə görə, assosiasiya maqnit kimidir və “sülh və əməkdaşlığa can atan dövlətləri cəlb edir”.

“Artıq 30-dan çox ölkə BRİKS-ə üzvlük üçün müraciət edib”, o əlavə edib.

Braziliya lideri də öz növbəsində Venesuelanın təklifini dəstəkləyəcəyini bildirib və BRİKS-ə üzv ölkələrin nə vaxtsa öz ortaq valyutaları ilə meydana çıxacağına ümid etdiyini bildirib.

“Bizdən Venesuelanın gələcəkdə BRİKS-in bir hissəsi olmaq istəyib-istəmədiyini soruşsalar, bəli, biz BRİKS-in təvazökar bir hissəsi olmaq və dəyişən geosiyasi vəziyyətlə ayaqlaşmaq istəyirik”,-deyə Lula da Silva qeyd edib.

"Mənim arzum odur ki, bizim ümumi valyutamız olsun ki, ölkələrimiz [ABŞ] dollarından asılı olmadan iş apara bilsinlər" ,-deyə Lula da Silva əlavə edib.

"Səbəblərdən biri odur ki, hazırda yalnız bir ölkədə dollar çap maşını var və bu ölkə dollar valyutası ilə istədiyini edir", - Braziliya prezidenti davam edib.

"Bizim bizneslə məşğul olmağımız yolverilməzdir. Mən xəyal edirəm ki, Avropa İttifaqı avro valyutası ilə yarandığı kimi BRİKS də öz valyutası ilə çıxış etsin".

Braziliya prezidenti deyib ki, bu təşəbbüs Cənubi Amerika liderlərinin mayın 30-da Braziliyanın paytaxtı Braziliyada keçiriləcək görüşünün gündəliyinə daxil edilməlidir.

Qeyd edək ki, ötən ilin iyununda Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində BRİKS ölkələrinin valyutaları səbəti əsasında beynəlxalq ehtiyat valyutanın yaradılması imkanının nəzərdən keçirilməsini təklif edib. Braziliya prezidenti Luiz İnasio Lula da Silva bu təşəbbüsü dəstəkləyib.

Mövsüm