Rişi Sunak süni intellektin risklərinə qarşı tədbir görməyə çağırıb

Böyük Britaniyanın baş naziri Rişi Sunak süni intellektin təhlükələrinə diqqət çəkərək, bu mövzuda təcili tədbirlər görülməli olduğunu bildirib.

Aznews.az xəbər verir ki, Sunak və ABŞ prezidenti Co Bayden ikitərəfli görüşdən sonra Ağ Evdə birgə mətbuat konfransı keçirib.

İki ölkə olaraq yeni çağırışlarla qarşı-qarşıya qaldıqlarını bildirən Sunak, ən yüksək prioritetlərinin “milli təhlükəsizlik” olduğunu qeyd edib.

İqtisadi təhlükəsizliyin vacibliyini vurğulayan Sunak, "Çin və Rusiya kimi ölkələr bizim (ticarət) açıqlığımızı manipulyasiya etməyə və istismar etməyə, əqli mülkiyyətimizi oğurlamağa, texnologiyadan avtoritar məqsədlər üçün istifadə etməyə və ya enerji kimi mühüm mənbələri geri çəkməyə hazırdırlar",-deyə qeyd edib.

Mövsüm