Polşa fermerləri Ukrayna ilə sərhəddə aylarla davam edən blokadanı aradan qaldırıblar

Polşa fermerləri Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrinin blokunu açıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Departament bildirib ki, polşalı fermerlər sərhəddəki “Rava-Ruska-Qrebenne” adlanan sonuncu bloklanmış keçid məntəqəsini tərk ediblər.

"Artıq hər iki istiqamətdə yükdaşımaları bərpa olunub. Eyni zamanda, Ukrayna taxılını Polşaya daşıyan yük maşınlarının keçidi məhdudlaşdırılacaq",- mətbuat xidməti əlavə edib.

Mövsüm

Aznews.az