Hakan Fidan amerikalı həmkarı Blinkenlə görüşüb

Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb və Qəzzada törədilən qırğınların bir an əvvəl sona çatması və İsrailə təzyiq edilməsinin vacibliyini vurğulayıb.

Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təmaslarını davam etdirir.

Nazir Fidan Qəzza üzrə Təmas Qrupu ölkələri toplantısı çərçivəsində amerikalı həmkarı Entoni Blinken ilə görüşüb.

Diplomatik mənbələrdən verilən məlumata görə, görüş zamanı Qəzzada son vəziyyət və danışıqların hazırkı mərhələsi müzakirə olunub.

Fidan Qəzzada törədilən qətliamın bir an əvvəl sona çatması lazım olduğunu söyləyib; O, daimi atəşkəs və humanitar yardımın Qəzzaya çatması üçün İsrailə təzyiq edilməli olduğunu vurğulayıb.

Ukraynadakı son vəziyyət dəyərləndirilib, ikitərəfli münasibətlər də müzakirə edilib.

Mövsüm

Aznews.az