Qazaxıstan DİN-in keçmiş rəhbəri Turqumbayev həbs edilib

Qazaxıstanda məhkəmə 2022-ci ilin yanvarında ölkədə baş vermiş kütləvi iğtişaşlar işi üzrə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayevi iki ay müddətinə həbs edib.

Bu barədə Respublika Baş Prokurorluğunun rəsmi Teleqram-kanalında məlumat verilib.

“2024-cü il aprelin 30-da Astananın İxtisaslaşdırılmış İstintaq Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Zamanbekoviç Turqumbayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə icazə verib”, - departamentdən bildirilib.

Sabiq nazir aprelin 29-da saxlanılıb. Turqumbayev 1984-cü ildən ölkənin Daxili İşlər Nazirliyində işləyib, əvvəlcə Saransk Şəhər İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin cinayət axtarışı şöbəsində müstəntiq vəzifəsində çalışıb.

Mövsüm

Aznews.az