ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.

ABŞ-nin Pekindəki səfiri Nikolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib.

Bu şirkətlərin “müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri” səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayan Burns, “Çinə bu satışların dayandırılmaması halında tədbir görəcəyimizlə bağlı xəbərdarlıq etdik” deyib.

ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib.

Mövsüm

Aznews.az