İsveçdə NATO təlimi zamanı paraşütlə tullanan əsgərlər yaralanıb

İsveçdə Smaland bölgəsində NATO-nun "Swift Response" təlimi zamanı paraşütlə tullanmalar zamanı 11 əsgər yaralanıb.

Bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qurbanlar arasında ABŞ , Macarıstan və İtaliyadan olan hərbçilər də var. Hadisə Smaland əyalətinin Skillinqarid kəndində baş verib. İsveç Ordusunun Baş Qərargahının ictimaiyyətlə əlaqələr üzrə zabiti Joakim Elovsson bildirib ki, yaralanan əsgərlərə sınıq və yaralar diaqnozu qoyulub, lakin onların həyatları təhlükədə deyil.

“Doqquz nəfər helikopterlə təxliyə edilib, ikisi xəstəxanaya aparılıb”, – qəzet onun sözlərindən sitat gətirir.

Mövsüm

Aznews.az