Çin Səfirliyi: ABŞ ixraca nəzarəti gücləndirmək üçün hədə-qorxudan istifadə edir

ABŞ hakimiyyət orqanları milli təhlükəsizlik təbliğatı və iqtisadi hədə-qorxu yolu ilə Çin şirkətlərini sıxışdırır.

Bu barədə TASS-a müsahibəsində Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirib.

“ABŞ Çinə yarımkeçiricilər ixracına nəzarəti gücləndirir və milli təhlükəsizlik baxımından Çin şirkətlərini hədəfə alır. Bu, real iqtisadi hədə-qorxudur”, - deyə o bildirib.

Liu Penqyu qeyd edib ki, Çin tərəfi ABŞ-nin tətbiq etdiyi ixrac məhdudiyyətlərinə “qəti şəkildə qarşı çıxır”.

“Biz ABŞ tərəfini milli təhlükəsizlik konsepsiyasını həddən artıq şişirtməyi və Çin şirkətlərini sıxışdırmaq üçün hökumətin səlahiyyətlərindən sui-istifadə etməyi dayandırmağa çağırırıq”,- o, vurğulayıb.

Mövsüm

Aznews.az