"EUobserver": Aİ sanksiyalar siyahısına daha 52 şirkəti əlavə etməyi planlaşdırır

Avropa İttifaqı ölkələri 2024-cü ilin iyuluna qədər Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.

Bu barədə "EUobserver" məlumat yayıb.

Sanksiya paketində diplomatların Rusiyadan Avropaya gedişinə məhdudiyyətlər olmayacaq, Rusiyadan mayeləşdirilmiş təbii qaz, nüvə yanacağı və alüminium idxalına qadağa qoyulmayacaq.

"Aİ Rusiya Federasiyasına qadağan olunmuş məhsulların tədarükündə şübhəli bilinən daha 52 şirkəti siyahıya əlavə etməyi planlaşdırır",-deyə bu barədə Rusiya mediası məlumat yayıb.

Mövsüm

Aznews.az