Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb

Sinqapurda F-16 qırıcı təyyarəsi qalxma zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb və pilot paraşütlə atlayaraq xilas olub.

Sinqapur Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sinqapur Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsi havaya qalxarkən problemlə üzləşib; Təyyarə qısa müddət sonra Tengah aviabazasında qəzaya uğrayıb.

Açıqlamada pilotun oturacağın boşaldılması üsulu ilə xilas edildiyi ifadə edilərək, "Pilot müvəffəqiyyətlə sağ qaldı. O, huşunu itirməyib və yeriyə bilir" ,-deyə qeyd edilib.

Mövsüm

Aznews.az