Ukrayna parlamenti məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib

Ali Rada (Ukrayna parlamenti) məhkumların səfərbər edilməsinə icazə verən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Bu barədə deputat Yaroslav Jeleznyak bildirib.

"Məhkumların səfərbər edilməsi haqqında qanun layihəsi ikinci oxunuşdan keçdi", - o Teleqram-da yazıb.

Jeleznyak əlavə edib ki, 279 parlament üzvü sənədin lehinə səs verib.

Mövsüm

Aznews.az