Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Londondakı səfiri Moskvanın Böyük Britaniyada kəşfiyyat məlumatlarının toplanması əməliyyatları ilə bağlı Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb .

Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, London Rusiya hərbi attaşesini ölkədən çıxarır, Rusiyaya məxsus bəzi daşınmaz əmlakların diplomatik statusunu götürür və Rusiya vətəndaşlarının diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq edir.

"Böyük Britaniya bu tədbirləri xatırlatmaq və Rusiyanın hərəkətlərinin qəbuledilməz olduğunu bir daha bəyan etmək üçün bu gün Rusiya səfirini çağırıb", - bəyanatda deyilir.

Mövsüm

Aznews.az