Aİ səfirləri Kiyevin 50 milyard avro yardım ayırmaq planını təsdiqləyiblər

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Ukraynanın 2027-ci ilə qədər ittifaqdan 50 milyard avro yardım alması üçün şərt olan Kiyevin islahat öhdəliklərini ilkin olaraq təsdiqləyiblər.

Bu barədə hazırda Aİ Şurasına sədrlik edən Belçikanın nümayəndəliyi məlumat verib.

“Avropa İttifaqının səfirləri Ukraynaya yardım fondunun bir hissəsi kimi 2027-ci ilə qədər Aİ-nin maliyyə yardımı almaq üçün Ukraynanın islahat planını ilkin olaraq təsdiqləyiblər”,-deyə bəyanatda deyilir.

Bundan sonra islahat planının nazirlər səviyyəsində təsdiqlənəcəyi gözlənilir.

Mövsüm

Aznews.az