Abdullah Öcalan qardaşı ilə görüşdü

PKK terror təşkilatının lideri Abdullah Öcalan 2 il yarım sonra qardaşı Mehmət Öcalanla görüşüb.

Türkiyə mediası xəbər verir ki, bu barədə Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Ömər Öcalan məlumat verib.

Abdullah Öcalan səhhətinin yaxşı olduğu bildirilir. HDP görüş barədə daha sonra ictimaiyyətə geniş informasiya yayılacağını bəyan edib.

Qardaşlar arasında axırıncı dəfə görüş 2016-cı ilin sentyabrln 11-də olmuşdu.(teleqraf.com)

AzNews.az