- Türkiyə
- 5 İyul 2019 17:27
- 1 442
Türkiyədə gün ərzində ikinci terror aktı törədildi
Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib
PKK terrorçuları Türkiyənin Siirt vilayətinin Pervari rayonu ərazisində terror aktı törədiblər.
Hərbi maşının keçdiyi yolda əvvəlcədən basdırılmış bombanın işə salınması nəticəsində iki əsgər yaralanıb.
Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.
Bundan əvvəl isə Hatay vilayətinin Reyhanlı rayonunda bomba yüklü avtomobilin partladılması 3 nəfərin həlak olması ilə nəticələnib.
Digər bir məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında yerləşən Qəndil və Hakurk bölgələrindəki terror düşərgələrinə dəqiq zərbələr endiriblər. Bombalanan yerlərdə təlim düşərgələrinin, mağara və anbarların məhv edildiyi bildirilir.(AZƏRTAC)
AzNews.az