"Biz bundan sonra da Astana formatı çərçivəsində əlimizdən gələni edəcəyik" "Biz bundan sonra da Astana formatı çərçivəsində əlimizdən gələni edəcəyik"

Türkiyəli nazir müavinindən Suriya Açıqlaması

"Biz bundan sonra da Astana formatı çərçivəsində əlimizdən gələni edəcəyik"

Türkiyə Suriyadakı siyasi prosesi və prosesin əsas mərhələsi hesab edilən Konstitusiya Komitəsinin formalaşdırılmasını dəstəkləyir.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında deyib.

“Biz siyasi prosesin sona çatmasını gözləyirik və istəyirik ki, bunu məhz suriyalıların özləri həyata keçirsin. Prosesin uğurlu olması böyük ölçüdə beynəlxalq ictimaiyyətin və BMT-nin suriyalılar arasında etimadın möhkəmlənməsinə şərait yarada bilməsindən asılı olacaq”, -deyə S.Onal bildirib.

O, ölkəsinin BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Geira Pedersenin fəaliyyətini bundan sonra da dəstəkləyəcəyinə söz verib.

"Biz bundan sonra da Astana formatı çərçivəsində əlimizdən gələni edəcəyik ki, qarşılıqlı etimadın yaranmasını təmin etmək üçün öz töhfəmizi verək", - deyə o, bildirib.

Pərvanə

AzNews.az