İstanbulda yaşayış binasında baş verən güclü yanğında 15 nəfər həlak olub

İstanbulda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, yanğın gecə klubu kimi istifadə edilən otaqda birinci mərtəbədə baş verib. Qurbanlar arasında 7 nəfər ağır yaralanıb.

İstanbul valisi Davud Gül yanğının səbəbinin hələlik müəyyən edilmədiyini bildirib.

Mövsüm

Aznews.az