Monqolustan və Türkiyə arasında mənzil sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhaseki Monqolustanın İnşaat və Şəhərsalma Naziri Tserenpil Davaasuren ilə “Mənzil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzaladıqlarını bildirib.

Nazir Özhaseki sosial media hesabından verdiyi açıqlamada Monqolustanın İnşaat və Şəhərsalma naziri Davaasuren və onu müşayiət edən nümayəndə heyəti ilə nazirlikdə görüşdüyünü bildirib.

Mənzil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıqlarını bildirən Özhaseki, “Ölkəmizin şəhərsalma və mənzil tikintisi sahəsindəki təcrübələrini qardaş ölkəmiz Monqolustan ilə bölüşmək üçün imzaladığımız anlaşma memorandumu faydalı olsun" ",-deyə qeyd edib.

Mövsüm

AzNews.az