Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində robokop təhlükəsizlik qüvvələrinin sıralarına qoşulub. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində robokop təhlükəsizlik qüvvələrinin sıralarına qoşulub.

Dubayda ilk robot polis fəaliyyətə başladı - Video

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində robokop təhlükəsizlik qüvvələrinin sıralarına qoşulub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, robokop məşhur “Burc Xəlifə” göydələninin yaxınlığında fəaliyyətə başlayıb.

Robokop xidməti papaq taxır, təkərlərin üzərində hərəkət edir və xidmət üçün sensorlu ekrandan istifadə edir. O, polis bölməsinə görüntü ötürmək üçün kamera ilə də təchiz olunub.

Robokop, əsasən, turizm bölgələrində təhlükəsizliyi təmin edəcək. Məlumata görə, 2030-cu ilə qədər Dubayda robokopların sayı 25 faiz artırılacaq.

Hündürlüyü 170 santimetr olan robot polis “emosiya detektor”u ilə də təchiz olunub. Bunun sayəsində o, həmsöhbətinin hansı əhval-ruhiyyədə olduğunu anlayır. Robokop 6 dildə üsniyyət qura bilir.

Bəxtiyar Abbasov

AzNews.az