“Səni deyirlər”... “Məni deyirlər”... “Səni deyirlər”... “Məni deyirlər”...

“AzNews.az” əməkdaşlarından Güney Azərbaycanla həmrəylik rəqsi: “Səni deyirlər...” - VİDEO

“Səni deyirlər”... “Məni deyirlər”...

Bu hava bir neçə gündür ki, sosial şəbəkədə hər kəsin sümüyünə düşür. “Səni deyirlər” adlı oynaq musiqi əvvəlcə Güney Azərbaycanda hitə və trendə çevrilib. Uşaqdan böyüyə hər kəs bu mahnıya qol qaldırıb oynayır. Artıq Azərbaycanın bir çox məşhur simaları da Güney Azərbaycandakı soydaşlarımıza mənəvi-psixoloji dəstək vermək məqsədi ilə “Səni deyirlər” rəqsinə qoşulub. AzNews.az saytının əməkdaşları da oyundan kənarda qalmayıb və elə redaksiyanın balaca otağındaca şıdırğı rəqs ediblər.

Qeyd edək ki, “Səni deyirlər”in sözləri Mahmudi Sulduzinindir. O, Cənubi Azərbaycanda yaşayıb və bölgənin tanınmış aşıqlarından biri olub. Mahnının ilk ifaçısı isə Şahsəzardir. İlk dəfə Sulduzda toyların birində bədahətən ifa olunub. Mahnıya müraciət edən hər bir ifaçı “Səni deyirlər”ə öz yeniliyini edib. Mahnının son aranjemanı isə onu 50 milyonluq Azərbaycan türkünün sümüyünə salıb.

Bahar RÜSTƏMLİ
AzNews.az