Ağ Evin sahibi bu haqda özünün “Twitter” səhifəsində yazıb Ağ Evin sahibi bu haqda özünün “Twitter” səhifəsində yazıb
  • Qərb
  • 16 Oktyabr 2018 22:40
  •  2 172

Tramp bu ölkəyə də xəbərdarlıq etdi - Pul verməyəcəyəm

Ağ Evin sahibi bu haqda özünün “Twitter” səhifəsində yazıb

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.

O, özünün “Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də 3 min miqrant Honduras-Qvatemala sərhədini keçərək Meksikaya doğru istiqamət alıb. Güman olunur ki, onların son məqsədi ABŞ sərhədini keçməkdir. (Oxu.aaz)