• Qərb
  • 5 Aprel 08:58
  •  2 455

Trampın köməkçisi Trampın qalib gələcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını açıqlayıb

ABŞ-nin 45-ci prezidentinin ofisində milli təhlükəsizlik üzrə keçmiş köməkçi Con Bolton bildirib ki, Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gəlsə, ölkənin Şimali Atlantika Alyansından çıxdığını elan edəcək.

O, əmindir ki, Trampın ölkəni NATO-dan çıxarmaq niyyəti populizm kimi qəbul edilə bilməz, bu meyl çox vaxt keçmiş Amerika liderinə aid edilir.

"Düşünürəm ki, o, nəhayət deməyə çalışır: Bu gün biz ayrılırıq (NATO - Red.). 2018-ci ildə demək olar ki, uğur qazandı. Ola bilsin ki, bu, onun ikinci müddətinin ilk prioritetlərindən biri ola bilər”, - deyə Bolton “MeidasTouch” YouTube kanalına müsahibəsində bildirib.

Mövsüm

Aznews.az