• Qərb
  • 5 Aprel 14:38
  •  2 031

Aİ Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayıb

Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır.

Bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.

“Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - o deyib.