• Qərb
  • 5 Aprel 18:27
  •  2 439

İtaliyanın müdafiə naziri Rusiya ilə dialoqun qorunmasının vacibliyini vurğulayıb

İtaliyanın müdafiə naziri Guido Krosetto, fransalı həmkarı Sebastien Lekornu ilə telefon danışığında Rusiya ilə dialoqun davam etdirilməsinin nə qədər çətin olsa da, vacib olduğuna inandığını qeyd edib.

Çərşənbə günü Lekornu Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

“Bu söhbət (Lekornu və Şoyqu arasında ) sırf terrorla mübarizə ilə bağlı məlumat mübadiləsindən gedirdi”, – bir gün əvvəl fransız həmkarı ilə dialoq aparan italiyalı nazir açıqlamasında bildirib.

Mövsüm

Aznews.az