• Qərb
  • 6 Aprel 15:26
  •  2 281

Danimarka İsrailə qarşı məhdudiyyətləri artıracaq

Danimarka Qəzzaya davam edən hücumlarının mülki şəxslərə qarşı "dağıdıcı nəticələri" səbəbindən İsrailə hərbi ixracatda "çox məhdudlaşdırıcı yanaşma" tətbiq edəcəyini açıqlayıb.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen məsələ ilə bağlı yerli mətbuata açıqlama verib.

Rasmussen, “İsrail və HƏMAS arasında davam edən müharibənin Qəzzada dinc əhali üzərində dağıdıcı nəticələrinə uyğun olaraq, 25 mart 2024-cü il tarixindən etibarən Xarici İşlər Nazirliyi olaraq İsrailə hərbi ixracatla bağlı yanaşmamızı daha da sərtləşdirdik",-deyə bildirib.

Həm hərbi, həm də mülki məqsədlər üçün istifadə edilə bilən, İsrailə "dual-use" (ikili istifadə) olaraq bilinən hərbi ixracat və texnologiya tətbiqlərinin "bir-bir həll ediləcəyini" ifadə edən Rasmussen, Birləşmiş Millətlər Təşkilatının (BMT) Silah Ticarəti Müqaviləsi və Avropa İttifaqının silah ixracına dair qaydaları "çox məhdudlaşdırıcı yanaşma ilə" həyata keçiriləcək.

Mövsüm

Aznews.az