• Qərb
  • 6 Aprel 19:27
  •  2 302

Slovakiyada avtobusun toqquşması nəticəsində 3 yeniyetmə ölüb

Slovakiyanın şərqindəki "Spisské Podhradie" şəhərində avtobus 10 yeniyetməni vurub, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə ölkənin daxili işlər naziri Matuş Şutay-Eştok məlumat verib.

Daxili İşlər Nazirliyinin rəisi üç gənc qızın öldüyünə işarə edib. Xəsarət alan yeddi nəfərdən birinin vəziyyəti ağırdır.

“Sahədə əslində nə baş verdiyini araşdıran ekspert var. Bəzi məlumatlarımız var, amma paylaşmayacağıq. İstintaq başa çatana qədər gözləyəcəyik”, - deyə Şutai-Eştok bildirib.

Mövsüm

Aznews.az