• Qərb
  • 29 Aprel 20:53
  •  2 129

Britaniya XİN: HƏMAS-a 40 günlük atəşkəs təklif edildi

Britaniyanın xarici işlər naziri Devid Kemeron HƏMAS-a 40 günlük atəşkəs təklif edildiyini açıqlayıb.

Kemeron bəyan edib ki, təklifə İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

“Girovlar azad edilənə qədər bu münaqişə bitməyəcək”, - deyə Kemeron əlavə edib.

"Hesab edirəm ki, HƏMAS rəhbərliyi və İsrailə 7 oktyabr hücumuna görə məsuliyyət daşıyanlar Qəzzanı tərk etməli və iki dövlətli həll üçün siyasi perspektiv yaratmalıdırlar ".

Kemeron bildirib ki, HƏMAS-a təqdim edilən təklifə 40 günlük müvəqqəti atəşkəs və İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

Britaniyalı nazir “Ümid edirəm ki, Həmas bu razılaşmanı qəbul edər və düzünü desəm, bu gün dünyanın bütün təzyiqləri və gözləri Həmas üzərində olmalı və onlara “Bu təklifi qəbul edin” deməlidir”.

Mövsüm

Aznews.az