• Qərb
  • 3 May 13:27
  •  2 592

Baltimorda körpünün tikintisinə 1,7 milyard dollardan çox vəsait xərclənəcək

Amerikanın Baltimor şəhərində körpünün tikintisinə 1,7 milyard dollardan çox vəsait xərclənəcək.

“Mart ayında yük gəmisi tərəfindən dağıdılan Baltimor körpüsünün bərpası 1,7-1,9 milyard dollara başa gələcək”, - nəşr yazır.

Merilend ştatının Nəqliyyat Katibi Paul Uiedefeld qəzetə bildirib ki, martın sonunda uçan körpünün yerinə yeni körpünün tikintisinin 2028-ci ilin payızında başa çatdırılması planlaşdırılır. Yeni körpü müasir təhlükəsizlik standartlarına uyğun layihələndiriləcək.

Eyni zamanda Uiedefeld qeyd edib ki, rəsmilər daha böyük gəmilərin onun altından keçə bilməsi üçün daha yüksək klirensi olan yeni körpünün tikilməsi ilə bağlı qərar verməyiblər.

Mövsüm

Aznews.az