• Qərb
  • 8 May 14:17
  •  2 592

Litva təlim məqsədilə Ukraynaya hərbi personal göndərməyə hazır olduğunu bildirib

Litva öz hərbi personalını Ukraynaya təlim missiyasına göndərməyə hazırdır.

Bu barədə ölkənin baş naziri İnqrida Simonyte "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib.

Siyasətçi deyib ki, onun Ukraynaya təlim məqsədilə qoşun göndərmək üçün ölkə parlamentindən icazəsi var, lakin Kiyev hələlik bunu tələb etməyib. Bundan əlavə, Simonyte razılaşır ki, Rusiya bu addımı təxribat hesab edə bilər.

"Rusiyanın cavabı haqqında düşünsəydik, heç nə göndərə bilməzdik",-deyə baş nazir qeyd edib.

Eyni zamanda, Simonyte vurğulayıb ki, Litva Ukraynaya gedən kişiləri ekstradisiya etmək niyyətində deyil, çünki bu, Avropa İttifaqının (Aİ) qanunvericiliyinə ziddir. Bununla belə, Ukrayna ordusunda xidmətdən yayındığı sübuta yetirilən şəxslərə respublikada daimi yaşamaq hüququ verilməyəcək.

Mövsüm

Aznews.az