• Qərb
  • 8 May 17:52
  •  3 242

NATO ABŞ-də keçiriləcək yay sammitinin rəsmi tarixlərini təsdiqləyib

NATO-nun mətbuat xidməti mayın 8-də bildirib ki, Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 9-dan 11-dək ABŞ -də keçiriləcək.

Rəsmi internet saytındakı açıqlamada deyilir : “ABŞ 9, 10 və 11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək”.

Görüşlərə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək. Tədbirlərin ətraflı proqramı daha sonra təqdim olunacaq.

Mövsüm

Aznews.az