• Qərb
  • 30 Aprel 14:15
  •  1 612

İsveçdə atışma hadisəsində polis azyaşlını həbs edib

İsveçdə Uppsala şəhərinin mərkəzində 3 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı bir azyaşlı həbs edilib.

Bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb .

“Çərşənbə axşamı Uppsalada üç nəfərin ölümü ilə nəticələnən atışmadan sonra qətldə şübhəli bilinən bir azyaşlı həbs edilib”, - nəşr yazır.

Sky News-un bildirib ki, saxlanılan şəxsin 16 yaşı var. Hazırda yeniyetmənin telefonunun analizi də daxil olmaqla, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mövsüm

Aznews.az