05:34
(077) 610-22-33

Ramiz Mehdiyev: “Azərbaycan regional güc mərkəzi yaradıb”

  • >
490 3 Dekabr 2012 09:35 | Siyasət

Bu gün Bakıda "Azərbaycan 2020 : gələcəyə baxış" adlı konfrans işə başlayıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev konfransda çıxış edərək ölkəmizin əldə etdiyi uğurları vurğulayıb: "Azərbaycanda yoxsulluğun azaldılması, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi uğurlar əldə olunub. Əslində Azərbaycan dövlətinin uğurları ulu öndər tərəfindən əsası qoyulan prinsiplər sayəsində mümkün olub. Ulu öndərin siyası kursu təkcə Azərbaycan dövləti üçün deyil, bütövlükdə regionun inkişafı və inteqrasiyası üçün əsas olub".

R.Mehdiyev Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artdığını qeyd edib: "Bu isə Azərbaycanın həm sərvətlərindən, həm də iqtisadi resurslarından bəhərlənərək iqtisadi potensialını inkişaf etdirməklə əməkdaşlığı gücləndirməsinə təkan verib. Beləliklə Azərbaycan bütün dünyaya nümunə olan geostrateji və regional güc mərkəzi yaradıb".

Vasif Həsənli
AzNews.az
Bağla X