• Fanat
  • 3 May 22:01
  •  7 822

Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək komandalara öz heyətlərinə 26-ya qədər futbolçu daxil etməyə icazə verəcək.

Aznews.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qərar bu gün qurumun icraiyyə komitəsi tərəfindən qəbul edilib.

Millilər turnirə minimum 23 oyunçu daxil edə biləcəklər.

Komandalar iyunun 7-dək oyunçu siyahılarını təqdim etməlidirlər.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.