Maltada zavodda güclü partlayış baş verib - VİDEO

Maltada pirotexniki məmulatların istehsalı ilə məşğul olan zavodda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə iyunun 1-də səhər saatlarında Maqtab bölgəsində yerləşən “Ta' Lourdes” zavodunda qeydə alınıb. Partlayış yerli vaxtla saat 06:30 radələrində baş verib.

Ətraf yaşayış məntəqələrinin sakinləri güclü zərbə dalğasını hiss etdiklərini, bəzi evlərin silkələndiyini bildiriblər. Partlayışın təsirindən bir sıra binaların pəncərələri də sınıb.

Məlumata görə, hadisə zamanı zavodun ərazisində heç kim olmayıb. Xəsarət alanlar isə partlayış anında müəssisənin yaxınlığındakı əkin sahələrində olan 67 və 47 yaşlı iki yerli sakin olub.

Yaralılar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hazırda partlayışın səbəbləri araşdırılır. Hadisə yerində təhlükəsizlik və fövqəladə xidmət əməkdaşları fəaliyyət göstərir.

Mövsüm,

AzNews.az