Bərdədə yol qəzasında yaralanan 10 nəfərin son vəziyyəti açıqlandı

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.

"TƏBİB"dən bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bərdə rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Yol qəzasında xəsarət alan 10 nəfər - 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Şəkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğlu Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az