Jurnalistlər peşə bayramını istirahətdə qeyd etdi

"Avesta" Konserni jurnalistləri təbrik edib. Milli Mətbuatımızın 138 illiyi münasibəti ilə Nabranda düzənlənən 2 günlük tədbir qeyri-rəsmi xarakter daşıyıb. Jurnalistlər üçün hazırlanan maraqlı istirahət proqramından 30 jurnalist yararlanıb. Müxtəlif media qurumlarının nümayəndələri arasında AzNews.az-ın əməkdaşı da olub.

Qeyd edək ki, "Avesta" Konserni 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində qeyri-neft sektorunda özünəməxsus layihələrin müəllifidir. Paytaxtda ilk hündürmərtəbəli binanın icraçısı olan "Avesta" daha bir ilkə imza atacaq. Konsern bir müddət sonra nəinki Azərbaycanın, hətta dünyanın ən hündür binası olacaq "Azerbaijan Tower"in layihəsini 4 fazada davam etdirir. Həmin binanın yerləşdiyi və bütün dünyaya səs salan "Khazar İslands – Yeni Şəhər" layihəsinin müəllifi də məhz "Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlidir.

Ruhiyyə
AzNews.az