Bakı bulvarında həyəcanlı anlar

Bakıda quldurluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 30-u saat 23:30 radələrində Milli Parkda naməlum şəxs Bakı şəhər sakinləri - Nicat Ağamalıyevi və Rafiq Həsənlini bıçaqla hədələyərək N.Ağamalıyevdən mobil telefon və cibində 5 manat olan gödəkcəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfər Heydərov tutulub.

S.Heydərov ətrafında araşdırmalar davam etdirilir.

AzNews.az