- Köhnə - Hadisə
- 3 Avqust 2013 10:47
- 6 125
Şadlıq evinin qarısında avtoqəza; ölən var

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Əmircan qəsəbəsində, "Əfsun" şadlıq evinin yaxınlığında "BMW" markalı avtomobil ilə "VAZ 2106" toqquşub. Qəza nəticəsində hər iki avtomobili ciddi ziyan dəyib və "VAZ 2106"-nın sürücüsü hadisə yerindəcə keçinib.
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində ölən şəxs 1977-ci il təvəllüdlü Qasımov Ramil Tahir oğludur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
AzNews.az