“Saakaşvilini özünüzlə apara bilərsiniz“- İvanişvili- Video

Gürcüstan prezidenti Mixael Saakaşvili və baş nazir Bidzina İvanişvilinin Amerikaya məxsus BULKELEY gəmisindəki görüşü medianın diqqətindən yayınmayıb.

Belə ki, avqustun 12-si ABŞ-a məxsus BULKELEY gəmisində baş nazirlə kapitan arasında arasında olan dialoq mediada yayımlanıb.

"Грузия Online" radiosunun hazırladığı videomaterialdakı dialoqun mətni:

Kapitan : 11 illik iş karyeramda birinci dəfədir ki, prezident və baş nazir eyni vaxtda gəmidədirlər.

İvanişvili : Əsas odur ki, prezident burdadır. Prezidentlik müddəti başa çatdıqdan sonra onu özünüzlə apara bilərsiniz.

Kapitan : Gürcüstana gəmi ilə gəlmək çox gözəldir.

İvanişvili : Zamanla dənizimiz qaraldı

Kapitan : Dənizlə gələndə Gürcüstanın dağları və binalarını görürsən... Çox gözəldir...

İvanişvili : Prezidentimiz onların rəngini dəyişdi.



Aynur Hüseynova
AzNews.az