Məcburi köçkünlər yolu bağladılar

Bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Lent.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər.

Hazırda yol bağlıdır və yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar.