Tələbə qız itkin düşdü

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi itkin düşüb.

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini Ariz Ələkbərov polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü qardaşı qızı iyulun 11-də mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzNews.az