- Hadisə
- 6 May 18:12
- 2 546
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
İki dövlətin ekspert qruplarının işi davam edir.