- Toplum
- 12 May 20:02
- 7 001
Tovuz, Şahdağ və Göygölə dolu düşüb
![](https://www.aznews.az/storage/2024/05/12/6640dc2a1597a6640dc2a1597b17155266987b99b909f233398dd8270cc657928ed4.jpg)
Mayın 12-si saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb.
Arabir güclənən şimal-qərb küləyi əsib.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib.
Saat 16:30 radələrində Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00 radələrində Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47 radələrində 1.9 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.