Prezidenti: Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni bir qolunun yaradılması istiqamətində sıx əməkdaşlıq edirik. Bu marşrut Ermənistan ərazisindən keçəcək və Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək. Hazırda isə belə statusa malik deyil. Bu layihə Azərbaycanın iki hissəsini – əsas ərazini və Naxçıvan Muxtar Respublikasını – davamlı nəqliyyat xətti, enerji xətti, fiber-optik kabel, elektrik xətləri və potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Bu isə hamı üçün faydalı bir vəziyyət yaradacaq. Çünki həm Azərbaycanın iki hissəsi nəqliyyat infrastrukturu ilə birləşəcək, həm də yeni nəqliyyat dəhlizi bir çox ölkələr üçün əlavə imkanlar yaradacaq”, - dövlət başçısı qeyd edib.