- Ermənistan və Gürcüstan
- 12:33
- 844
Alen Simonyan Türkiyəyə səfər edəcək
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Aznews.az “Armenpress”ə istinadən xəbər verir ki, Simonyan 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcək.
Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinə parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin sədri Tsovinar Vardanyan və "Mülki Müqavilə" fraksiyasından deputat Asmik Akobyan daxildir.