Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.

Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.

Daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.